SON XƏBƏRLƏR

Almaniya və Fransa Bakı-İrəvan razılaşmasını alqışlayır

2025.03.14, 12:38
Almaniya və Fransa Bakı-İrəvan razılaşmasını alqışlayır

Almaniya və Fransa Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanatını alqışlayır.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalenna Berbok və Fransa Prezidenti Emmanuel Makron bildirib.

“Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı əldə olunan irəliləyişlər ümidvericidir”,- Annalenna Berbok qeyd edib.

Emmanuel Makron "X" sosial şəbəkə hesabında paylaşım edərək bildirib: "Ermənistanla Azərbaycan arasında Cənubi Qafqazda davamlı sülhə yol açacaq sülh müqaviləsinin imzalanmasına indi heç nə mane olmur", - Makron deyib.

 

 

Ş.E

 

 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar