SON XƏBƏRLƏR

Türkiyədə İrana casusluq etməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb

2025.03.14, 15:33
Türkiyədə İrana casusluq etməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb

Türkiyədə İrana casusluq etməkdə şübhəli bilinən 5 nəfər həbs edilib.

Gunaz.tv

Bu barədə Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) məlumat yayıb.

Əməliyyatın İstanbul, Mersin və Antaliya şəhərlərində keçirildiyi qeyd olunsa da, hələlik saxlanılanların kimliyi barədə açıqlama verilməyib.

Məlumatlara görə, bu şəxslər ölkə daxilində və xaricində Türkiyənin hərbi bazaları, həssas bölgələri və strateji nöqtələri haqqında məlumat toplayıb İrana ötürüblər. MİT bu şəbəkənin istintaqının davam etdiyini və daha çox şəxsin həbs olunma ehtimalının olduğunu açıqlayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar