SON XƏBƏRLƏR

Peskov: Putin Trampa siqnal göndərib

2025.03.14, 15:38
Peskov: Putin Trampa siqnal göndərib

Rusiya Amerikadan Ukrayna ilə bağlı əlavə məlumatlar alıb. Vladimir Putin Amerikanın xüsusi nümayəndəsi Stiv Uitkoff vasitəsilə Trampa əlavə siqnallar göndərib.

Gunaz.tv

GünazTV “AzPolitika”-ya istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“O, (Uitkoff) dünən burada idi və dünən axşam gec saatlarda onu prezident Putin qəbul edib. Rusiya tərəfinə əlavə məlumat verilib. Həm də, əslində, Putin Uitkoff vasitəsilə Prezident Trampa məlumat və əlavə siqnallar ötürüb” - deyə, Peskov bildirib.

Peskov əlavə edib ki, Rusiya və Amerika prezidentlərinin danışıq vaxtı hələ müəyyən edilməyib. Bu tarix Uitkoff Trampa Putinlə görüş barədə hesabat verdikdən sonra təyin olunacaq. Onun dediyinə görə, hər iki tərəfdə belə bir söhbətin zəruri olduğu anlayışı var.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar