SON XƏBƏRLƏR

Əhməd əş-Şəraa 5 il müddətinə prezident elan edildi

2025.03.15, 11:51
Əhməd əş-Şəraa 5 il müddətinə prezident elan edildi

Əhməd əş-Şəraa Suriyanın keçid dövrü üçün əsas hüquqi sənəd olacaq müvəqqəti konstitusiya bəyannaməsini imzalayıb.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, sənədi imzalayarkən əş-Şəraa bildirib ki, bu bəyannamə Suriyanın “yeni tarixi”nin başlanğıcı olacaq.

Sənəd hakimiyyət bölgüsü, məhkəmə sisteminin müstəqilliyi, qadın hüquqları, söz və media azadlığını təmin edir. Bundan əlavə, Bəşər Əsəd rejimi dövründə törədilmiş cinayətlərə görə məsuliyyət məsələsinə xüsusi diqqət yetirilir.

Yeni qanunvericiliyə görə, Suriya parlamenti prezidentin səlahiyyətlərini məhdudlaşdırmaq və ya onu vəzifədən uzaqlaşdırmaq hüququna malik olacaq. Lakin mütəxəssislər hesab edirlər ki, bunu praktikada həyata keçirmək çətin olacaq, çünki parlament üzvlərinin əhəmiyyətli hissəsi məhz prezident tərəfindən təyin ediləcək.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Əhməd əş-Şəraa rəhbərliyi ilə silahlılar Dəməşqə daxil olaraq hakimiyyəti ələ keçirib, Bəşər Əsəd isə Rusiyaya qaçaraq orada sığınacaq tapıb. Yeni hökumətə “Hayat Təhrir əş-Şam” qruplaşmasının lideri Əhməd əş-Şəraa rəhbərlik edir.

 

 

Ş.E

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar