SON XƏBƏRLƏR

Zelenski: “Putin atəşkəs istəmir”

2025.03.15, 13:04
Zelenski: “Putin atəşkəs istəmir”

“Putin atəşkəs istəmir. Əksinə, müharibəni davam etdirməyə çalışır”.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında məlumat verib.

Ukraynanın dövlət başçısı Rusiya Prezidenti Vladimir Putinin ünvanına sərt ittihamlar səsləndirib: “Putin atəşkəs razılaşmasını əngəlləməyə çalışır. Onun bəyanatlarını eşitdik. Qəbulolumaz şərtlər irəli sürür. Ona müharibə lazımdır. Bu, göz qabağındadır”.

Zelenski Rusiya Prezidentini yalan danışmaqda da günahlandırıb: “Putin müharibədəki real vəziyyət barədə yalan danışır. Onun irəli sürdüyü şərtlər sülh danışqılarına mane olmaq cəhdidir”.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar