SON XƏBƏRLƏR

Ukrayna ordusu əks-hücuma keçdi

2025.03.15, 13:07
Ukrayna ordusu əks-hücuma keçdi

Ukrayna ordusu Donetsk vilayətinin Pokrovsk rayonu ətrafında Rusiya qüvvələrinin hücumlarını dayandırıb. Bu istiqamətdə əməliyyat vəziyyəti stabilləşib.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 68-ci “Yeqer” briqadası məlumat yayıb.

“Bu istiqamətdə vəziyyət stabilləşib. Düşməni Pokrovska yaxınlaşanda dayandırdıq. Artıq irəli gedə bilmirlər. Düşmənin ayrı-ayrı mövqelərə hücumları bir neçə aydır uğursuz şəkildə davam edir”, - məlumatda deyilir.

Briqada əlavə edir ki, Ukrayna Silahlı Qüvvələri cəbhənin müvafiq istiqamətində əks-hücuma başlayıb:

“Düşmən bundan sonra nəzarətə götürmək istədiyi Pokrovsk-Konstantinovka magistral yolundan geri çəkilib”.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar