SON XƏBƏRLƏR

Ukrayna atəşkəsə nəzarət etmək üçün qrup yaradır

2025.03.15, 13:37
Ukrayna atəşkəsə nəzarət etmək üçün qrup yaradır

Ukrayna hakimiyyəti Rusiya ilə mümkün 30 günlük atəşkəsə nəzarət etmək üçün fəaliyyət alqoritmləri hazırlayacaq komanda formalaşdırmağa başlayıb.

Gunaz.tv

GünazTV “AzPolitika”-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər naziri Andrey Sıbıqa məlumat verib.

Sıbıqa bildirib ki, belə bir komandanın yaradılması barədə qərar martın 11-də Ciddədə Amerika nümayəndələri ilə görüşən heyət Kiyevə qayıtdıqdan dərhal sonra verilib. O, həmçinin qarşıdan gələn nizamlanma prosesini "son dərəcə çətin" adlandırıb.

“Çünki cəbhə xətti hazırda 1300 kilometrdən artıqdır və Ukrayna artıq Rusiya qoşunları tərəfindən "atəşkəs rejimi"nin pozulması ilə üzləşib” –deyə, bildirib.

Martın 11-də Ciddə şəhərində keçirilən danışıqlarda Amerika nümayəndə heyəti Ukrayna və Rusiya arasında 30 günlük atəşkəs planı təklif edib. Ukrayna nümayəndə heyəti bununla razılaşıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar