SON XƏBƏRLƏR

Trampın Xaməneiyə məktubu hələ araşdırılır

2025.03.17, 13:05
Trampın Xaməneiyə məktubu hələ araşdırılır

Amerika Prezidenti Donald Trampın Əli Xaməneiyə məktubuna cavab araşdırmadan sonra uyğun kanal üzrə göndəriləcək.

Gunaz.tv

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, Trampın məktubunun mediada dərc olunmasına əsas yoxdur: “Hazırda Donald Trampın məktubunu dərc etmək üçün imkanımız yoxdur. Məktubun məzmunu Trampın kütləvi çıxışlarından fərqlənmir və orada səslənən fikirlər əsasında hazırlanıb”.

Sözçü İranın xarici işlər naziri Abbas Araqçının bu günlərdə Omana səfərinin Amerika Prezidentinin məktubu ilə heç bir əlaqəsi olmadığını da vurğulayıb. O, bu səfərin öncədən planlaşdırıldığını da qeyd edib.

Mediada yayılan xəbərlərə görə isə, nazir Omana Xaməneinin Trampa cavab məktubunu aparıb.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar