SON XƏBƏRLƏR

Lübnan Suriyaya hücuma başladı

2025.03.17, 14:08
Lübnan Suriyaya hücuma başladı

Lübnan Silahlı Qüvvələrinin komandanlığı Suriya ərazisindən şimal və şərq rayonlarının atəşə tutulmasına cavab olaraq, sərhəddə yerləşən hərbçilərə atəş açmağı əmr edib.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Lübnan Müdafiə Nazirliyindən yerli mətbuata bildirilib.

“Ordu bölmələri səhər saatlarından artilleriya, minaatan və dronlardan istifadə etməklə Suriya ərazisindəki atəş mənbələrinə zərbələr endirməyə başlayıb”, - açıqlamada deyilir.

Bundan əvvəl Suriya tərəfdən açılan atəşlər nəticəsində bir uşağın öldüyü, 4 dinc sakinin yaralandığı barədə məlumatlar yayılmışdı. Lübnan mediasının məlumatına görə, ən azı 50 mərmi Lübnanın şimalındakı Əl-Kəvva, Əl-Qəsr, Səhalat əl-Mey və Xoş əl-Sayyed yaşayış məntəqələrinin yaxınlığına düşüb.

Suriya televiziyası hücumlarda “Hizbullah”a məxsus silah anbarının məhv edildiyini bildirib. Mənbə qeyd edib ki, sərhəddəki atışmalar zamanı 7 suriyalı hərbçi həlak olub.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar