SON XƏBƏRLƏR

Fransa Azadlıq heykəlini geri istəyir

2025.03.17, 14:58
Fransa Azadlıq heykəlini geri istəyir

Avropa parlamentinin bir fransız üzvü ABŞ-ı Amerika müstəqilliyinin yüzilliyi münasibəti ilə fransız xalqı tərəfindən hədiyyə edilmiş Azadlıq heykəlini geri qaytarmağa çağırıb. Fransız deputat ABŞ-ın artıq Fransanın heykəli hədiyyə edərkən nəzərdə tutduğu dəyərləri təmsil etmədiyini bildirib.

Gunaz.tv

Mərkəz solçu siyasətçi Rafael Glükman mərkəz sol hərəkatının qurultayında "Bizə Azadlıq Heykəlini geri verin" çağırışını etdi.

"Biz tiranların tərəfini seçmiş amerikalılara və azadlıq tələb etdikləri üçün tədqiqatçıları işdən çıxaran amerikalılara səslənirik: Bizə Azadlıq Heykəlini geri verin. Biz onu sizə hədiyyə etmişik, amma görünür, siz ona xor baxırsınız. Beləliklə, onun evdəki yeri daha rahat olacaq".

Frederik Bartoldi tərəfindən hazırlanmış heykəl 28 oktyabr 1886-cı ildə Fransa xalqı adından ABŞ-yə hədiyyə edilmişdir. Heykəldə təsvir olunan ayaq üstə dayanmış xələtli qadın Roma azadlıq ilahəsi Libertası təcəssüm etdirir. O bir əlində azadlıq məşəli, digərində isə üzərində ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 4 iyul 1776-cı il tarixinin yazıldığı tabula ansata (qanunların yazıldığı tablet) tutmuşdur. Heykəlin daha kiçik bir modeli Parisdə Siena çayında quraşdırılıb.

Ukraynanın sadiq müdafiəçisi olan Qlüksman prezident Donald Trampın ABŞ-ın müharibə ilə bağlı siyasətini kökündən dəyişməsini sərt tənqid edib.

O, həmçinin Trampın ABŞ-ın tədqiqat müəssisələrindəki ixtisarını hədəfləyib. Qeyd edək ki, ixtisara məruz qalmış mütəxəssislər Fransada işləməyə cəlb etmək təşəbbüsünü irəli sürülüb.

"Amerikalılara deyəcəyimiz ikinci şey budur: Əgər siz araşdırma zövqü ilə ölkənizi dünyanın aparıcı gücünə çevirmiş bütün insanları işdən çıxarmaq istəyirsinizsə, o zaman biz onları alqışlayacağıq" - Qlüksmann əlavə etdi.

Tramp yanvar ayında Ağ Evə qayıtdıqdan sonra onun hökuməti federal tədqiqat maliyyəsini kəsdi. Donald Tramp eyni zamanda sağlamlıq və iqlim tədqiqatları üzərində işləyən yüzlərlə federal işçini işdən çıxarmağa çalışır.

Glüksman həmçinin Fransadakı ifrat sağçı liderləri tənqid edərək, onları Tramp və prezidentin xərcləri azaltmaq səylərinə rəhbərlik edən milyarder Elon Musk üçün "fan klubu" olmaqda günahlandırıb.

 

 

Şahin Elxanoğlu

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar