SON XƏBƏRLƏR

ABŞ casus dronu İranın nüvə obyektinə yaxınlaşdı

2025.03.18, 11:55
ABŞ casus dronu İranın nüvə obyektinə yaxınlaşdı

ABŞ-ın "MQ-4C Triton" kəşfiyyat pilotsuz uçuş aparatı (PUA) İranın cənubunda, Buşəhr şəhərində yerləşən nüvə obyektinin yaxınlığında saatlarla dövrə vurub.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə "Clash Report" məlumat yayıb.

İranın rəsmi mənbələrinə istinadən yayılan məlumatlara görə, ABŞ-a məxsus casus dronu İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən izlənilib. İranın dövlətə bağlı "Nournews" agentliyi xəbər verir ki, ABŞ PUA-sı İranın hava məkanına yaxınlaşdıqdan sonra İran Hərbi Hava Qüvvələrinin "F-14" qırıcı təyyarələri və kəşfiyyat dronları tərəfindən qarşılanıb.

Nəticədə, "MQ-4C Triton" İran hava sərhədlərindən geri çəkilməyə məcbur olub.

Qeyd edək ki, Buşəhr nüvə stansiyası İranın əsas nüvə obyektlərindən biridir və ətrafında xarici müşahidə fəaliyyətlərinin aparılması İran rəhbərliyi tərəfindən həmişə ciddi narahatlıqla qarşılanıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hələlik məsələyə münasibət bildirməyib və xəbəri nə təsdiq, nə də təkzib edib.

 

 

Ş.E

 

photo_2025-03-18_08-15-04.jpg

 

MQ-4C Triton Broad Area Maritime Surveillance (BAMS) UAS | Thai Military  and Asian Region

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar