SON XƏBƏRLƏR

Misir Prezidenti Əbdülfəttah əs-Sisi: Qırmızı dənizdəki hadisələrə görə hər ay 800 milyon dollar itiririk

2025.03.18, 11:55
Misir Prezidenti Əbdülfəttah əs-Sisi:  Qırmızı dənizdəki hadisələrə görə hər ay 800 milyon dollar itiririk

Əbdülfəttah əs-Sisi Qırmızı dənizdəki hadisələrə görə Misirin hər ay 800 milyon dollar itirdiyini bildirib.

Gunaz.tv

2024-cü ilin dekabr ayının sonlarında Misirin prezident adminstrasiyası bəyanat yayaraq Babül-Məndəb boğazında və Qırmızı Dənizdə yaşanan gərginliklər səbəbindən Süveyş kanalının illik gəlirlərinin 7 milyard dollar azaldığını bildirmişdi.

Qeyd edək ki, 2024-cü ilin yanvarından etibarən Yəməndə yerləşən, İranın dəstəklədiyi Husi qrupları Qəzza zolağını müdafiə etmək adı ilə Qırmızı Dənizdə hərəkət edən hərbi gəmilərlə yanaşı mülki gəmiləri də hədəf alırlar.

Xatırladaq ki, ötən Şənbə günü Amerika prezidenti Donald Tramp belə terror hücumlarının qarşısını kəsmək üçün Yəməndə husilərə qarşı “böyük hücum” əmrini verib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar