SON XƏBƏRLƏR

Tramp Putinlə nələri müzakirə edəcək: Ukrayna, Suriya ...

2025.03.18, 15:57
Tramp Putinlə nələri müzakirə edəcək: Ukrayna, Suriya ...

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında martın 18-də planlaşdırılan söhbətin mövzuları bəlli olub.

Gunaz.tv

GünazTV Globalinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa danışıb.

O qeyd edib ki, prezidentlər təkcə Ukrayna məsələsini müzakirə etməyəcək:

“Həm də digər həssas mövzular, o cümlədən Qırmızı dənizdəki vəziyyət və ikitərəfli münasibətlərin inkişafı gündəmdədir”.

Deputat Dmitri Novikov əlavə edib ki, ölkə liderləri Yaxın Şərq münaqişəsi, Afrikadakı gərginlik və Suriyadakı vəziyyət barədə də danışa bilər.

Qeyd edək ki, daha əvvəl Ağ Ev rəhbəri Ukraynadakı münaqişə kontekstində ərazi məsələləri və atom elektrik stansiyalarına nəzarəti müzakirə etmək üçün çərşənbə axşamı Putinlə telefon danışığı planlaşdırdığını bildirib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar