SON XƏBƏRLƏR

Fridrix Merz: Yeni müdafiə xərcləri Putinin Avropaya qarşı savaş planını pozur

2025.03.18, 15:52
Fridrix Merz: Yeni müdafiə xərcləri Putinin Avropaya qarşı savaş planını pozur

Fridrix Merz bildirib ki, Rusiya prezidenti Vladimir Putinin “Avropaya qarşı təcavüz müharibəsi” səbəbindən müdafiə xərclərinin artırılmasına ehtiyac var.

Gunaz.tv

"Bu, təkcə Ukraynanın ərazi bütövlüyünə qarşı müharibə deyil, bu həm də Avropaya qarşı müharibədir."- deyə Merz parlamentdəki çıxışında bildirib.

Merz artırılması nəzərdə tutulan müdafiə xərclərinin Rusiyanın təcavüzünə, kiberhücumlar, casusluq, sifarişli qətllər, həmçinin Avropa İttifaqını parçalamaq cəhdlərinə qarşı sahələri əhatə etdiyini bildirib.

Merz bildirib ki, silahlı qüvvələr üçün nəzərdə tutulan və qarşıdakı illərdə yüz milyardlarla avroya çatması gözlənilən xərc artımı yeni Avropa müdafiə ittifaqına doğru ilk böyük addımdır.

O, bu ittifaqın Avropa Birliyinin üzvü olmayan, lakin Avropa müdafiəsini qurmaqda maraqlı olan Böyük Britaniya və Norveç kimi ölkələri də əhatə edəcəyini söyləyib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar