SON XƏBƏRLƏR

Fidan: ABŞ-nin Suriyadakı hərbi mövcudluğu Tramp üçün prioritet deyil

2025.03.21, 11:12
Fidan: ABŞ-nin Suriyadakı hərbi mövcudluğu Tramp üçün prioritet deyil

ABŞ hərbi qüvvələrinin Suriyada mövcudluğunu davam etdirməsi prezident Donald Trampın administrasiyası üçün prioritet deyil.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan deyib.

“Amerika hərbçilərinin Suriyada mövcudluğunun davam etdirilməsinin Trampın prioritetləri sırasında olmadığını görürük. Amerika ictimaiyyəti ABŞ-nin Suriyada hərbi mövcudluğunu saxlamağın müdrikliyini şübhə altına almağa başlayıb. Bundan əlavə, əvvəllər Suriyada İran, Rusiya və Əsəd rejimi kimi amillər var idisə, indi vəziyyət dəyişib. Prezident Tramp indi Amerika qoşunlarının mövcudluğunun davam etdirilməsinin zəruriliyinə inanmalıdır. Əgər Amerika qoşunlarını çıxarsa, bu, onlara daha ucuz başa gələcək”, - deyə o qeyd edib.

İsrailin Suriya ərazisində olması məsələsinə toxunan diplomat qeyd edib ki, rəsmi Dəməşq beynəlxalq ictimaiyyətlə birlikdə İsrail qoşunlarının gələcəkdə Suriya ərazisindən çıxarılması ilə bağlı qərar verəcək.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar