SON XƏBƏRLƏR

Trampın nümayəndəsi Amerikanın Azərbaycan-Ermənistan dialoqunda iştirakına eyham vurub

2025.03.22, 13:14
Trampın nümayəndəsi Amerikanın Azərbaycan-Ermənistan dialoqunda iştirakına eyham vurub

Amerika Prezidenti Donald Trampın nümayəndəsi ilk dəfə olaraq Azərbaycan-Ermənistan dialoqunda iştirakına eyham vurub.

Gunaz.tv

Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff bu barədə jurnalist Taker Karlsona müsahibəsində deyib.

O, Amerikanın  təsirli ola bilməyəcəyi hallarda vasitəçiliyə cəlb olunmasının düzgün olmadığını vurğulayıb.

“Niyə öz vaxtımı və ya Amerika Birləşmiş Ştatlarının vaxtını boşa sərf edim? Niyə mən Prezidentin yanına gəlib ona tövsiyə edim ki, biz dialoqla nəyisə başa çatdıra bilərik, sonra isə bacarmayaq? Biz o qədər təsirli ola bilmərik? Bu pis siyasət reseptidir. Əgər mən bu işin içində olmasam və qiymətləndirmələr aparıb prezidentə desəm ki, biz dialoq yolu ilə nəticəyə gələ bilərik, bu zaman iştirakın mənası olar. Bu hesablamalar yalnız iranlılar, ruslar, ukraynalılar üçün deyil, Azərbaycan və Ermənistan üçün də keçərlidir”, - Uitkoff əlavə edib.

Onun sözlərinə görə, bu prinsiplər bütün münaqişələrə tətbiq oluna bilər və Amerika yalnız real təsir imkanlarına malik olduğu hallarda danışıqlarda iştirak etməlidir: “Beləliklə, bu prinsiplər bu gün bəlkə də danışacağımız bütün bu münaqişələrə aiddir”.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar