SON XƏBƏRLƏR

İran nüvə proqramından tam imtina etməlidir - Valtz

2025.03.24, 10:30
İran nüvə proqramından tam imtina etməlidir - Valtz

İran öznün nüvə proqramından tamamilə imtina etməli və bu elə bir şəkildə olmalıdır ki, bütün dünya bunu görsün.

Gunaz.tv

Bunu Ağ Evin milli təhlükəsizlik müşaviri Mayk Valtz deyib.

“Bütün variantlar masadadır və artıq İranın nüvə silahı əldə etmək istəyindən tamamilə əl çəkməsinin vaxtı çatıb”, o əlavə edib.

Bununla eyni vaxtda İranın xarici işlər naziri Abbas Araqçı isə Tehranın dolayı danışıqlara hazır olduğunu söyləyib.

"Hazırda bizim taktikamız və həllimiz Amerika ilə dolayı danışıqlardır",- nazir bildirib.

O, Vaşinqtonla birbaşa dialoqdan yayınmağın səbəbini də açıqlayıb:

“Amerika ilə danışıqlara yox deməyimiz və ya rəhbərin danışıqdan imtina barədə israr etməsi inadkarlıqdan deyil, tarixdən və təcrübədən irəli gəlir”,- o əlavə edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar