SON XƏBƏRLƏR

Polşa Belarusla sərhədə əlavə sərhədçilər cəlb edəcək

2025.03.24, 10:42
Polşa Belarusla sərhədə əlavə sərhədçilər cəlb edəcək

Polşa Belarusla sərhədi möhkəmləndirmək üçün müəyyən ərazilərə əlavə sərhədçilər cəlb edəcək.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Tomaş Siemonyak “X”dəki səhifəsində yazıb.

“Biz Polşa-Belarus sərhədini qoruyuruq. Fiziki hasarın möhkəmləndirilməsindən və elektron maneəni genişləndirdikdən, bufer zonası təşkil etdikdən və qanunsuz konduktorlarla amansızcasına mübarizə apardıqdan sonra, biz tezliklə yeni sərhəd xəttinin tikintisinə başlayacağıq”, - nazir bildirib.

Onun sözlərinə görə, bu il 500 işçi, sonra isə daha 1000 nəfər işə götürüləcək.

Nazir əlavə edib ki, hazırda Polşanın şərq sərhədində ümumilikdə 11 min sərhəd mühafizəsi əməkdaşı, Polşa ordusunun hərbçiləri və polis əməkdaşları xidmət edir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar