SON XƏBƏRLƏR

İsraldə İrana casusluq edən daa bir nəfər saxlanıldı

2025.03.24, 12:43
İsraldə İrana casusluq edən daa bir nəfər saxlanıldı

65 yaşlı Eduard Yosifov adlı İsrail vətəndaşı İrana casusluq ittihamı ilə həbs edilib.

Gunaz.tv

Bu barədə İsrailin Daxili Təhlükəsizlik Xidməti (Şinbet) və ölkə polisi məlumat yayıb.

Məlumata görə, israilli casus İranın kəşfiyyat orqanlarının göstərişi ilə və on minlərlə dollar müqabilində casusluq edib. 

"Saxlanılan şəxs İsraildə həssas obyektlərin, eləcə də qurğuların görüntülərini çəkib. Onun hədəfləri İsrail ordusunun hərbi bazaları, Hayfa limanı, Hayfa neft emalı zavodları və Negev səhrasındakı Dimona Nüvə Araşdırmaları Mərkəzi olub",- məlumatda bildirilib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar