SON XƏBƏRLƏR

İspaniya və NATO donanmaları Kadis körfəzində genişmiqyaslı təlimlər keçirir

2025.03.25, 11:40
İspaniya və NATO donanmaları Kadis körfəzində genişmiqyaslı təlimlər keçirir

İspaniya Hərbi Dəniz Qüvvələri NATO ilə birlikdə Kadis körfəzində "Dinamic Mariner/Flotex-25" hərbi dəniz təliminə başlayıb.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, təlimlər martın 24-dən aprelin 4-dək davam edəcək və bu ilin ən irimiqyaslı təlimləri olacaq.

Təlimlərdə 4 000-ə yaxın hərbçi, 30 gəmi, iki sualtı qayıq, təyyarə və desant bölmələri iştirak edir.

Tədbirdə NATO-nun doqquz ölkəsindən - İspaniya, ABŞ, Almaniya, Xorvatiya, Fransa, İtaliya, Yunanıstan, Portuqaliya və Türkiyədən hərbçilər iştirak edirlər.

İspaniya Hərbi Dəniz Qüvvələri qeyd edib ki, təlimlər dəniz qüvvələrinin imkanlarının həyata keçirilməsi, qiymətləndirilməsi və təhlili, eləcə də müxtəlif bölmələrin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi məqsədi daşıyır.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar