SON XƏBƏRLƏR

Ermənistan İranla ildə 3 milyard dollarlıq ticarət əməliyyatları aparmaq istəyir

2025.03.25, 15:29
Ermənistan İranla ildə 3 milyard dollarlıq ticarət əməliyyatları aparmaq istəyir

Ermənistan İranla illik ticarət dövriyyəsinin dəyərini 3 milyard Amerika dollarına çatdırmağı planlaşdırır.

Gunaz.tv

Bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan İrəvanda iranlı həmkarı Abbas Əraqçi ilə birgə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, ötən il iki ölkə 755 milyon Amerika dolları dəyərində ticarət əməliyyatları aparıb.

A.Mirzoyan qeyd edib ki, tərəflər həmçinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə İran arasında azad ticarət zonası haqqında saziş məsələsinə toxunublar. Qeyd edilib ki, bu, iki ölkə arasında ticarətin artması üçün əlavə imkan olacaq.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar