SON XƏBƏRLƏR

Paşinyan və Əraqçi Ermənistanla Azərbaycan arasında sülh sazişini müzakirə ediblər

2025.03.25, 17:52
Paşinyan və Əraqçi Ermənistanla Azərbaycan arasında sülh sazişini müzakirə ediblər

Ermənistanın baş naziri Nikol Paşinyanla İranın xarici işlər naziri Abbas Əraqçi İrəvan və Tehran arasında ikitərəfli münasibətləri müzakirə ediblər.

Gunaz.tv

Baş nazir görüşdə qeyd edib ki, Ermənistan və İran arasında münasibətlər təbii maraqlara əsaslanır.

Abbas Əraqçi, öz növbəsində bildirib ki, iki ölkə arasında münasibətlər strateji əhəmiyyət daşıyır.

"Həmsöhbətlər Ermənistan və İran arasında iqtisadi sahədə, o cümlədən infrastruktur və energetika sahəsində yeni layihələrin həyata keçirilməsinə toxunublar", - məlumatda qeyd olunub.

Bundan əlavə, N.Paşinyan və Abbas Əraqçi görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, o cümlədən sülh sazişinin imzalanması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar