SON XƏBƏRLƏR

Türkiyə serialları dünyanın 170 ölkəsində nümayiş etdirilir

2025.03.26, 10:51
Türkiyə serialları dünyanın 170 ölkəsində nümayiş etdirilir

Türkiyə Film Şurasının rəhbəri Səid Yardımcı Nevşehirdə keçirilən mərasimdə ölkənin kino sənayesinin genişlənmə tendensiyasından danışaraq, Türkiyə seriallarının dünyanın 170 ölkəsində nümayiş olunduğunu açıqlayıb.

Gunaz.tv

Türkiyədə ildə 60-a yaxın film və serialın istehsal edildiyini bildirən Yardımcı, bu filmlərin Asiya, Avropa, Balkanlar və Güney Amerikanın bir çox ölkəsinə ixrac olunduğunu deyib.

Türkiyə Film Şurasının başqanı çıxışının başqa bir hissəsində bu illər ərzində bir sıra Amerika, Çin və Hindistan film şirkətlərinin öz məhsullarını Türkiyədə istehsal etməyə çalışdıqlarına diqqət çəkib.

“Paramount, Universal, Sony, Warner Brothers kimi böyük şirkətlər Türkiyədə film çəkmək istəyən şirkətlər arasındadır." - deyə Səid Yardımcı bildirib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar