SON XƏBƏRLƏR

ABŞ Suriyaya tətbiq etdiyi sanksiyaların ləğvi üçün şərtlərini açıqladı

2025.03.26, 11:03
ABŞ Suriyaya tətbiq etdiyi sanksiyaların ləğvi üçün şərtlərini açıqladı

ABŞ Suriyaya qarşı sanksiyaların qismən ləğvi müqabilində yerinə yetirilməli olan şərtlərin siyahısını təqdim edib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə "Reuters" agentliyi altı mənbəyə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, ABŞ dövlət katibinin Livan və Suriya məsələləri üzrə köməkçisinin müavini Nataşa Françeski Brüsseldə keçirilən Suriyaya donor dəstəyi konfransında Suriya xarici işlər naziri Əsəd əl-Şibanı ilə şəxsən görüşərək siyahını ona təqdim edib.

ABŞ-nin şərtləri bunlardır:

- Suriyanın idarəetmə strukturlarında xarici döyüşçülərin rəhbər vəzifələr tutmaması təmin edilməlidir.

- Suriya qalan bütün kimyəvi silah ehtiyatlarını məhv etməli və terrorizmlə mübarizədə əməkdaşlıq etməlidir.

- ABŞ 10 ildən çoxdur Suriyada itkin düşmüş amerikalı jurnalist Ostin Taysın tapılmasında vasitəçi təyin olunmasını istəyib.

 

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar