SON XƏBƏRLƏR

Amerika kəşfiyyatı: Növbəti beş ildə yeni nüvə dövlətləri yarana bilər

2025.03.26, 11:11
Amerika kəşfiyyatı: Növbəti beş ildə yeni nüvə dövlətləri yarana bilər

“Amerika Birləşmiş Ştatları yaxın beş il ərzində nüvə silahlarının yayılmasını və yeni nüvə dövlətlərinin yaranmasını gözləyir”.

Gunaz.tv

GünazTV “Report”-a istinadən xəbər verir ki, bunu Amerika Müdafiə Kəşfiyyat İdarəsinin (DİA) direktoru general-leytenant Ceffri Kruz Amerika Senatının Xüsusi Kəşfiyyat Komitəsinin dinləmələrində deyib.

Onun sözlərinə görə, Amerika kəşfiyyatı nüvə silahının yayılmasını, eləcə də onların təkamülünü fəal şəkildə izləyir:

“Biz başa düşməliyik ki, planetdə kimin nüvə silahı var, onlar hansı növ və dərəcələrdə ölümcül olurlar. Son beş ildə vəziyyət kəskin şəkildə dəyişib və növbəti beş ildə də dəyişikliklər davam edəcək”.

O, həmçinin qeyd edib ki, öz çəkindirmə strategiyasına malik yeni nüvə ölkələrinin yaranması dünyada vəziyyəti çətinləşdirəcək və Vaşinqtonun siyasi qərarlarına, o cümlədən silahlı münaqişələr sahəsindəki qərarlarına təsir edəcək.

Bundan əlavə, dinləmələrdə SSRİ-nin dağılmasından sonra Rusiyaya verilmiş Ukraynanın nüvə arsenalı ilə bağlı məsələ də müzakirə olunub.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar