SON XƏBƏRLƏR

Amerika hərbi yardımı və Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib

2025.03.27, 12:30
Amerika hərbi yardımı və Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib

Amerika Ukraynaya hərbi yardımın göndərilməsini bərpa edib. Bundan əlavə, tərəflər yenidən kəşfiyyat məlumatlarını mübadilə etməyə başlayıblar.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə Fransa lideri Emmanuel Makronla birgə mətbuat konfransında bildirib, yayım Yelisey sarayının sosial şəbəkə səhifəsində aparılıb.

“Bütün məsələlər blokdan çıxarılıb, biz mühüm addımlar atmışıq. Prezident Tramp məhdudiyyəti ortadan qaldırıb”, – o bildirib.

Ukrayna Prezidenti vurğulayıb ki, həm hərbi yardım, həm də kəşfiyyat məlumatları Kiyev üçün zəruridir.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar