SON XƏBƏRLƏR

Aİ Transxəzər dəhlizinin inkişafına 10 milyard avrodan çox sərmayə qoymağa hazırdır

2025.03.28, 10:38
Aİ Transxəzər dəhlizinin inkişafına 10 milyard avrodan çox sərmayə qoymağa hazırdır

Avropa və beynəlxalq maliyyə institutları Transxəzər nəqliyyat dəhlizinin inkişafına 10 milyard avrodan çox sərmayə qoymağa hazırdır.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas Aşqabadda keçirdiyi mətbuat konfransında deyib.

"Transxəzər nəqliyyat dəhlizinin inkişafı davam edən əsas layihədir. Avropa və beynəlxalq maliyyə institutları bu layihəyə 10 milyard avrodan çox sərmayə qoymağa hazırdır", - Kallas martın 27-də Aşqabadda keçirilən Avropa İttifaqı və Mərkəzi Asiya ölkələri nazirlərinin 20-ci görüşünə həsr olunmuş mətbuat konfransı zamanı deyib.

Kallas Aİ ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq istəyinin artdığını vurğulayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyi planlaşdırır.

Kallas gənclər mübadiləsinin inkişafına, biznes və akademik dairələrdə əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar