SON XƏBƏRLƏR

Türkiyədə yeni “Hürjet” montaj zavodu istifadəyə veriləcək

2025.03.28, 10:55
Türkiyədə yeni “Hürjet” montaj zavodu istifadəyə veriləcək

“Tomtaş” Aviasiya və Texnologiya Şirkəti tərəfindən bu ilin yayında “Hürjet” yüngül döyüş və təlim təyyarələrinin yığılması zavodu istifadəyə veriləcək.

Gunaz.tv

Yeni Hürjet montaj zavodu Kayseri vilayətində təyyarə istehsalı və dizaynı sahəsində fəaliyyət göstərən ilk şirkət olan Tomtaş şirkətinin yaranmasının 100-cü ildönümü münasibətilə bu il avqustun 15-də fəaliyyətə başlayacaq.

Fabrik 9,5 milyard lirə (təxminən 300 milyon dollar) sərmayə ilə tikilir və ilk mərhələdə ildə 12 təyyarə yığma gücünə sahib olacaq. Lakin fabrikin yığma gücü tədricən ildə 24 və 48 ədədə çatacaq.

Qeyd edək ki, “Hürjet” təlim reaktiv təyyarəsinin uzunluğu 13,4 metr, qanadlarının açıqlığı 11 metr, quyruğunun hündürlüyü isə 4 metrdir. Onun əsas məqsədi beşinci nəsil döyüş təyyarələrinin pilotlarının hazırlanmasında istifadə edilmək olsa da, yüngül hücum əməliyyatlarında da istifadə oluna biləcək.

Bu təyyarənin Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi prosesinə 2025-ci ildə başlanacağı gözlənilir.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar