SON XƏBƏRLƏR

İsrail İranın xüsusi təyinatlısını məhv etdi

2025.04.01, 15:47
İsrail İranın xüsusi təyinatlısını məhv etdi

İsrail Müdafiə Qüvvələri Lübnanın paytaxtı Beyruta hava zərbələri zamanı İranın xüsusi təyinatlı “Qüds” briqadasının üzvü Həsən Əli Məhmud Bdeiri məhv edib.

Gunaz.tv

GünazTV İsrail mediasına istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Bəyanatda deyilir: "Bdeir HƏMAS terror təşkilatı ilə əməkdaşlıqda fəaliyyət göstərib, HƏMAS terrorçularını istiqamətləndirib və onlara İsrail mülki əhalisinə qarşı əhəmiyyətli terror hücumunun planlaşdırılmasında yardım edib."

Bəyanatda İsrail Müdafiə Qüvvələrinin Bdeir təhdidinin zərərsizləşdirilməsi üçün dərhal hərəkətə keçdiyi əlavə edilib. "İsrail mülki əhalisinə zərər vurmaq məqsədi daşıyan terror hücumunun yaratdığı təhlükəni aradan qaldırmaq üçün Bdeir dərhal zərərsizləşdirildi. Hizbullahın terror fəaliyyəti İsrail və Lübnan arasında anlaşmanın pozulmasıdır. Bu İsrail və onun vətəndaşları üçün təhlükə yaradır."

İsrail xarici işlər naziri Gideon Saar jurnalistlərə deyib: "Biz Lübnan hökumətinin öz ərazisindən bizə qarşı fəaliyyət göstərən terrorçu ünsürlərə qarşı hərəkətə keçməsini gözləyirik. Gecədə döyüş təyyarələri Beyrutda Həmas əməliyyatçılarına rəhbərlik edən və onlara mülki İsrail vətəndaşlarına qarşı böyük bir hücum hazırlamağa kömək edən Hizbullah terrorçusunu hədəf aldı." O, Bədirini "saatlı bomba" kimi təsvir etdi.

Açıqlamada sözügedən şəxsin “Hizbullah”ın 3900 nömrəli xüsusi təyinatlı bölməsinin də üzvü olduğu bildirilib.

 

 

Şahin Elxanoğlu

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar