SON XƏBƏRLƏR

Ukrayna ABŞ ilə faydalı qazıntılar sazişinin mətni üzərində işləyir

2025.04.01, 15:48
Ukrayna ABŞ ilə faydalı qazıntılar sazişinin mətni üzərində işləyir

Ukrayna ABŞ ilə faydalı qazıntılar sahəsində saziş imzalamağa hazırdır, lakin mətnin hər iki tərəfin maraqlarına uyğun olması üçün üzərində işləmək istəyir.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

"Biz ABŞ ilə sazişin mətni üzrə məsləhətləşmələrə başladıq. Artıq bir məsləhətləşmə raundu keçirilib. Ukrayna tərəfi həm ABŞ-nin, həm də öz maraqlarına uyğun sənədin qəbul edilməsini istəyir. Biz hesab edirik ki, bu sazişin mətni böyük amerikan biznesinin Ukraynada fəaliyyətini davam etdirməsi ilə bağlıdır və bu da Kiyevin təhlükəsizliyinə töhfə verir. Proses davam edir və biz amerikalı həmkarlarımızla qarşılıqlı qəbul edilə biləcək bir mətni əldə etmək üçün işləyəcəyik", - o qeyd edib.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar