SON XƏBƏRLƏR

Zelenski yeraltı ehtiyatlarla üzrə sazişin detallarını açıqladı

2025.04.02, 12:19
Zelenski yeraltı ehtiyatlarla üzrə sazişin detallarını açıqladı

Ukrayna və ABŞ yeraltı ehtiyatlar üzrə saziş layihəsi üzərində işləyirlər. Sənəddə Ukraynanın NATO-ya üzvlüyü məsələsi qaldırılmır.

Gunaz.tv

"İnterfaks-Ukraina" xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O qeyd edib ki, hazırda saziş üzərində əsasən amerikalı və ukraynalı hüquqşünaslar çalışır. Eyni zamanda, dövlət başçısı Donald Trampın Ukraynanın NATO-ya üzv olmaq üçün ABŞ ilə müqavilə imzalamaq istədiyi barədə son açıqlamasına reaksiya verib.

"Bu sazişə və NATO məsələsinə gəldikdə, bu sazişdə yoxdur və olmayıb", - Zelenski deyib.

Qeyd edək ki, yeraltı saziş hələ müzakirələrin ilk mərhələsindədir, çünki bu yaxınlarda ABŞ Ukraynaya sənədin tam versiyasını təklif edib. Əvvəlcə tərəflər bir çərçivə müqaviləsi imzalamağı və yalnız bundan sonra tam hüquqlu birinə keçməyi planlaşdırıblar.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar