SON XƏBƏRLƏR

ABŞ-nin Rusiya ilə yaxınlaşması NATO-nun əsaslarını sarsıda bilər

2025.04.02, 13:58
ABŞ-nin Rusiya ilə yaxınlaşması NATO-nun əsaslarını sarsıda bilər

Vaşinqtonun Moskva ilə yaxınlaşması NATO-nun əsaslarını sarsıtmaq riski daşıyır.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “France-Presse” agentliyinə müsahibə verən avropalı diplomat açıqlama verib.

Onun sözlərinə görə, ABŞ administrasiyasının və prezident Donald Trampın Moskva ilə əlaqələr qurması alyansda "Vaşinqtonun nəhayət NATO-nun əsas düşməni hesab olunan Moskvanın tərəfinə keçə biləcəyi" qorxusu yaradıb.

"Optimizm səviyyəsi açıq şəkildə azalır. ABŞ hələ konkret qərarlar qəbul etməsə də, hər gün alyansın əsaslarına yeni bir zərbə vurur", - avropalı rəsmi qeyd edib.

Diplomatın fikrincə, alyans daxilində Trampın Rusiya ilə apardığı dialoqun Ukrayna münaqişəsini həll etmək üçün danışıqlar strategiyasının bir hissəsi ola biləcəyi də istisna edilmir: “Əgər bu, yalnız taktiki bir addımdırsa, qəbul edilə bilər. Əgər strateji bir dönüşdürsə, bu, əlbəttə ki, ciddi problemdir".

Xatırladaq ki, Rusiya və ABŞ prezidentləri 18 mart tarixində telefon danışığı zamanı Ukraynadakı vəziyyəti, eskalasiyanın qarşısını almaq üçün şərtləri və bir sıra beynəlxalq məsələləri müzakirə ediblər. Kremlin mətbuat xidmətinin məlumatına görə, münaqişənin həlli üçün əsas şərt Kiyevə xarici hərbi yardımların və kəşfiyyat məlumatlarının tamamilə dayandırılması olacaq.

 

 

Ş.E

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar