SON XƏBƏRLƏR

Razılaşma olmasa İranla müharibə qaçılmazdır - Fransa

2025.04.03, 10:06
Razılaşma olmasa İranla müharibə qaçılmazdır - Fransa

İranın nüvə proqramını məhdudlaşdırmaq üçün yeni razılaşmanın əldə edilməsi şansları zəifdir. Əgər bu razılaşma imzalanmasa, hərbi qarşıdurmadan qaçmaq çox çətin olacaq.

Gunaz.tv

Bu sözləri Fransa XİN başçısı Jan Noel Barro deyib.

“Bu müqavilənin (2015-ci ildə İranla bağlanan və Amerikanın çıxdığı nüvə sazişi – red.) vaxtının bitməsinə cəmi bir neçə ay qalıb. Yeni müqavilə uğursuz olarsa, hərbi müdaxilədən qaçmaq, demək olar ki, mümkün olmayacaq”, - Barro parlament dinləmələri zamanı bildirib.

Barro əlavə edib ki, xarici vətəndaşların İslam Respublikasında saxlanılması ilə bağlı AB-nin İrana qarşı yeni sanksiyaları da yaxın həftələrdə təsdiqlənəcək.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar