SON XƏBƏRLƏR

Ukrayna nümayəndə heyəti ABŞ-yə səfər edəcək

2025.04.03, 13:10
Ukrayna nümayəndə heyəti ABŞ-yə səfər edəcək

Ukrayna nümayəndə heyəti yaxın vaxtlarda ABŞ-yə səfər edəcək.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.

Bu səfər iki ölkə arasında nadir torpaqlar üzrə sazişin müzakirəsi ilə bağlıdır.

“Ukraynanın nümayəndə heyəti bu həftənin sonlarına və ya növbəti həftənin əvvəllərinə doğru ABŞ-yə səfər edəcək və burada iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə təklif olunan saziş müzakirə ediləcək. Bu sazişin ABŞ, Ukrayna və sülh prosesi üçün çox vacib olduğunu düşünürük", - o qeyd edib.

 

 

Ş.E

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar