SON XƏBƏRLƏR

"Porsche" tank istehsal edəcək

2025.04.03, 16:02
"Porsche" tank istehsal edəcək

"Porsche" böyük itkilərə məruz qalıb və tanklar istehsalına başlamağa hazırlaşır.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, bu barədə "Europaische Sicherheit und Technik" nəşri məlumat yayıb.

Qeyd olunub ki, "Porsche" şirkəti keçən il 20 milyard avro təmiz zərər açıqlayıb və yeni biznes istiqamətləri axtarır. Şirkət, həmçinin silah sənayesinə qayıtmaq imkanını da nəzərdən keçirir.

"Porsche" İkinci Dünya Müharibəsi dövründə hərbi məhsullar istehsal edib. Şirkətin qurucusu Ferdinand Porşe "Tiger" (P) ağır tankını, "Maus" superağır tankını və "Ferdinand" tank əleyhinə özüyeriyən silahını yaradıb.

Sonuncu dəfə silah istehsalı ilə məşğul olduqları dövr 1960-cı illərdə olub, o zamanlar "Leopard-1" tanklarının hazırlanması və istehsalı ilə məşğul idilər.

 

photo_2025-04-03_15-42-35.jpg

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar