SON XƏBƏRLƏR

Ukrayna Polşadan daha 5000 Starlink terminalı alıb

2025.04.04, 11:00
Ukrayna Polşadan daha 5000 Starlink terminalı alıb

Polşa Ukraynaya daha beş min "Starlink" terminalı köçürüb. Bu, mühüm infrastruktur obyektlərində və cəbhəyanı ərazilərdə etibarlı rabitəni təmin etməlidir.

Gunaz.tv

 “RBC-Ukrayna” xəbər verir ki, bu barədə rəqəmsal transformasiya naziri Mixail Fedorov teleqram kanalında bildirib.

Onun sözlərinə görə, yeni "Starlink" terminalları ən çox ehtiyac duyulan yerlərdə – xəstəxanalarda, məktəblərdə, mühüm infrastruktur obyektlərində fasiləsiz rabitəni təmin edəcək.

“Starlink” cəbhəyanı ərazilərin sakinlərinə əlaqə saxlamağa kömək edəcək.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar