SON XƏBƏRLƏR

Fransa İrandan Haaqa məhkəməsinə şikayət edəcək

2025.04.04, 14:11
Fransa İrandan Haaqa məhkəməsinə şikayət edəcək

Fransa İranda fransızların həbsi ilə bağlı işin davam etdirilməsi üçün Beynəlxalq Ədalət Məhkəməsinə İran İslam Respublikasına qarşı şikayət verməyi planlaşdırır.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Fransa XİN başçısı Jan Noel Barro məlumat yayıb.

O, Tehran hökumətini İrandakı fransız məhbusların konsulluq müdafiəsi hüququnu pozmaqda ittiham edib.

Qeyd edək ki, İranda həbsdə saxlanılan Sesil Kohler və onun həyat yoldaşı Jak Paris, 2022-ci ildə İranda başlayan etiraz aksiyalarını qızışdırmaqda və casusluqda günahlandırılıblar.

Rəsmi Paris dəfələrlə İranda həbsdə olan vətəndaşları "dövlət girovu" adlandırıb.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar