SON XƏBƏRLƏR

HƏMAS İsrailə raket atdı

2025.04.07, 11:25
HƏMAS İsrailə raket atdı

HƏMAS tərəfindən İsrailin cənubuna – Aşkelon şəhərinə doğru 10 raket atılıb. Raket hücumu nəticəsində azı 3 nəfər yaralanıb. Hadisə bölgəsində fövqəladə vəziyyət elan edilib.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında raketlərin atıldığı ərazini dəqiq müəyyənləşdirib və həmin bölgənin sakinlərinə ərazini tərk etmək əmri verib. Ordudan bildirilib ki, yaxın saatlarda bu əraziyə cavab zərbəsi endiriləcək.

İsrail Müdafiə Qüvvələrinin rəsmiləri HƏMAS-ı dinc əhalinin arxasında gizlənməkdə ittiham edərək, bu praktikanın həm Qəzza sakinlərini təhlükəyə atdığını, həm də qarşılıqlı hücumların qaçılmaz olduğunu vurğulayıblar. Ordunun bəyanatında qeyd olunur: “HƏMAS-la əlaqəsi olan hər kəs potensial hədəfdir. İsrail vətəndaşlarının təhlükəsizliyi naminə bu təhdidlər istənilən yolla zərərsizləşdiriləcək”. 

HƏMAS-ın raket hücumunun mülki əhalini hədəfə alması beynəlxalq hüquq normalarının pozuntusu kimi qiymətləndirilir. İsrail tərəfi HƏMAS-ın xəstəxana və digər mülki obyektlərdə gizlənməsini də “müharibə qanunlarının kobud şəkildə pozulması” kimi dəyərləndirib.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar