SON XƏBƏRLƏR

Dmitri Peskov: Rusiya İrana dəstək verməyə hazırdır

2025.04.07, 15:56
Dmitri Peskov: Rusiya İrana dəstək verməyə hazırdır

Rusiya İranın nüvə proqramı ilə bağlı yaranmış problemini siyasi və diplomatik vasitələrlə həll etmək üçün bütün zəruri addımları atmağa hazırdır.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya ilə İran arasında bu məsələ ilə bağlı daimi məsləhətləşmələr aparılır.

"Biz iranlı tərəfdaşlarımızla nüvə sazişi ilə bağlı daimi təmasdayıq. Bu istiqamətdə məsləhətləşmələr davam edir və yaxın gələcəkdə də davam etdiriləcək”, - Peskov vurğulayıb.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar