SON XƏBƏRLƏR

Lübnan İsraillə sərhəddə kontingentini artırır

2025.04.08, 11:39
Lübnan İsraillə sərhəddə kontingentini artırır

Lübnan hökuməti İsraillə sərhəddə kontingentin artırılması üçün əlavə 4,5 min hərbçinin çağırılmasına razılıq verib.

Gunaz.tv

GünazTV “Report”-a istinadən xəbər verir ki, bu barədə Lübnan Prezidentinin dəftərxanası məlumat yayıb.

"Hökumət üç həftə bundan əvvəl cənubda mövcudluğumuzu gücləndirmək üçün 4,5 min hərbçinin çağırılmasına razılıq verib", - məlumatda Lübnan Prezidenti Cozef Auna istinadən bildirilib.

C.Aun Lübnanın BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə sadiq olduğunu təsdiqləyib və Lübnan Silahlı Qüvvələrinin BMT-nin müvəqqəti qüvvələri (UNIFIL) ilə səmərəli qarşılıqlı fəaliyyətini qeyd edib. Bununla yanaşı, o əlavə edib ki, İsrail ordusu müntəzəm olaraq atəşkəs sazişini pozaraq Lübnan ərazisinə zərbələr endirir.

"Hizbullah" hərəkatının tərksilah edilməsi prosesi barədə danışan Lübnan lideri qeyd edib ki, bu cür məsələlər dialoq yolu ilə həll ediləcək. O vurğulayıb ki, yalnız Lübnan Silahlı Qüvvələrinin silaha malik olmaq hüququ var.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar