SON XƏBƏRLƏR

CNN Türk: Türkiyə Suriyada hərbi baza qura bilər

2025.04.09, 13:44
CNN Türk: Türkiyə Suriyada hərbi baza qura bilər

Suriya Prezidenti Əhməd Şaraa son iki ay ərzində ikinci dəfə Türkiyəyə gəlir. Aprelin 11-də baş tutacaq səfərdə bir çox kritik mövzular müzakirə olunacaq. Ankara ilə Dəməşqin ən çox danışdığı mövzu hərbi və təhlükəsizlik əməkdaşlığıdır.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Mənbə Şaraa ilə Ankarada Türkiyənin Suriyada hərbi baza qurması məsələsinin müzakirə olunacağını bildirib.

“Türkiyənin Suriyada quracağı bazaların yeri və əhatə dairəsi hələ dəqiqləşdirilməyib. Bir müddətdir hərbi əməkdaşlıq razılaşması üzərində iş gedir. Bu dəfə şifahi də olsa, bəzi razılaşmaların əldə olunacağı və bu səfərdən sonra onların tətbiqi ilə bağlı böyük gözlənti var”, - məlumatda deyilir.

Qeyd olunur ki, PKK terror təşkilatının qolu “Suriya Demokratik Qüvvələri”nin Suriya ordusuna qatılması qərarı da müzakirə ediləcək mövzulardandır.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar