SON XƏBƏRLƏR

Azərbaycan Prezidenti: Biz Suriya hökumətini dəstəkləyirik

2025.04.09, 13:48
Azərbaycan Prezidenti: Biz Suriya hökumətini dəstəkləyirik

Əfsuslar olsun ki, əvvəlki rəhbərlik dövründə Suriya ermənipərəst, anti-Azərbaycan mövqeyindən çıxış etdi.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.

Ermənistanın rəhbərliyi ilə Suriyanın keçmiş rəhbərliyi arasında bir çox təmasların olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “İndi isə bəlkə də Ermənistan hökuməti elə bilir ki, bu, heç kimin yadında deyil, yox, biz bunu xatırlayırıq. İndi isə görürük ki, onlar (Ermənistan) Suriyaya humanitar yardım göstərməyə cəhd edirlər. Bu, bir daha Ermənistanın riyakarlığını göstərir. Ümid edirik ki, Suriya hökuməti tərəfindən belə ikiüzlü insanlara yenidən meydan verilməyəcək. Biz Suriya hökumətini dəstəkləyirik”.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar