SON XƏBƏRLƏR

İranda su çatışmazlığı - Vətəndaşlar cəzalandırılacaq

2025.04.09, 15:06
İranda su çatışmazlığı - Vətəndaşlar cəzalandırılacaq

Ölkədə su çatışmazlığı olduğuna görə sudan istifadədə qənaət etməyənlərə qarşı bir sıra cəza tədbirləri tətbiq ediləcək.

Gunaz.tv

Bu barədə İran Su Şirkətinin sözçüsü İsa Bozorgzadə məlumat yayıb.

"İlk mərhələdə sudan çox istifadə edənlərin su xətti 12 saat müddətinə kəsiləcək, abunəçi bundan nəticə çıxarmayacağı təqdirdə onun su xətti tamamilə ləğv olunacaq ,- o xəbərdarlıq edib.

Qeyd edək ki, hazırda İranda su anbarlarında suyun həcmi minimum həddə çatıb və yay aylarında suyun kvota ilə verilməsi planlaşdırılır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar