SON XƏBƏRLƏR

Rusiya Ordusunda döyüşən Çin vətəndaşlarının sayı açıqlandı

2025.04.10, 12:02
Rusiya Ordusunda döyüşən Çin vətəndaşlarının sayı açıqlandı

"The Wall Street Journal" nəşri Ukrayna kəşfiyyatına istinadən bildirib ki, 150-dən çox Çin vətəndaşı Rusiya ordusuna qoşularaq Ukraynaya qarşı döyüşür.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, bu şəxslər əsasən muzdlu döyüşçülərdir və pul müqabilində Rusiya tərəfinə keçiblər.

Ukrayna kəşfiyyatının təqdim etdiyi sənədlər arasında 13 Çin vətəndaşının pasport məlumatları və fotoları, həmçinin 168 nəfərlik ayrıca siyahı yer alır. Siyahıda adlar, doğum tarixləri, müqavilə imzalanma tarixləri və xidmət etdikləri bölmələrin adları qeyd olunub.

Bu şəxslərin əksəriyyəti sıravi atıcı kimi xidmət göstərsə də, bəziləri zərbə dronlarının operatoru kimi daha texnoloji vəzifələrdə çalışırlar.

Qərb rəsmilərindən biri qeyd edib ki, bu şəxslərin çoxu muzdlu olaraq Rusiya ordusuna cəlb edilib. Çin isə hələlik bu iddialarla bağlı rəsmi açıqlama verməyib.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar