SON XƏBƏRLƏR

Husilər Amerikanın PUA-sını vurdu

2025.04.10, 12:26
Husilər Amerikanın PUA-sını vurdu

Amerika hakimiyyəti Yəməndə daha bir "MQ-9 Reaper" tipli pilotsuz uçuş aparatının husilər tərəfindən vurulduğunu təsdiqləyib.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Bildirilib ki, bu, martın 3-dən bəri vurulan dördüncü, Amerikanın hava zərbələrinə başlamasından sonra isə üçüncü belə hadisədir.

25 günlük bombardmanlara baxmayaraq, husilər Amerikanın pilotsuz təyyarələrini vurmağa davam edir.

Qeyd edək ki, hər bir "MQ-9 Reaper" pilotsuz aparatı təxminən 32 milyon dollar dəyərindədir. Yəməndə indiyədək ümumilikdə 18 belə dron vurulub. 

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar