Almaniya Xristian Demokratlar İttifaqının (CDU) lideri Fridrix Merts yeni koalisiya hökumətinin formalaşdırılması ilə bağlı danışıqların başa çatdığını elan edib və yeni hökumətin mayın əvvəlində fəaliyyətə başlamağı planlaşdırdığını bildirib.
Ənzəlidə 9 sosial media fəalı həbs edildi
Tramp İrana iqtisadi təzyiqə diqqət yetirir- Kişner
Həmədanlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Bağdad Tehrandan rəsmi izahat tədi
İranda apteklərin dərman almağa pulu yoxdur
Urmu gölünün sahilləri zibilliyə çevrilir
ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramının dayandırılması ilə bağlı danışıqlara münasibət bildirib.
Hakan Fidan Abbas Əraqçi ilə atəşkəsi müzakirə edib
İrandakı Azərbaycanlı Mədəni və Siyasi Fəalların Vəziyyətinə Dair Bəyanat
Tramp SEPAH ilə birbaşa gizli əlaqə kanalının olduğunu təsdiqləyib
Xudafərində yol qəzası - Ölənlər var
Zəncanlı müəllimə 5 il həbs cəzası verildi
İran Məsrur Bərzaninin ofisinə iki dronla hücum etdi
AlArabiya: Yəməndə PUA hücumları və toqquşmalarda 200-dən çox Husinin öldürüldüyü bildirilir
Əl Ərəbiyyə: Husilər Bab əl-Məndəb istiqamətinə beş raket atıb
İki şəhərdə üç məhbus edam edildi
İran bayrağını yandıran tələbələr universitetdən qovuldu
WSJ: İran 60 günlük memorandumdan daha genişmiqyaslı müharibəyə hazırlaşmaq üçün istifadə edib
İran vitse-prezidenti: Sanksiyalar kölgə neft ticarətini, fırıldaqları və maraq qruplarını gücləndirir
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib
Ərdoğan: Hörmüz boğazından keçid ödənişsiz olmalıdır
ABŞ və İran arasında 60 günlük atəşkəsin müddəti başa çatıb
Milli fəalın həbs müddəti başa çatdı
Abbas Lisaninin həyat yoldaşı Kəşfiyyat İdarəsinə çağırıldı
Kanada İrana qarşı müharibədə iştirak edib - Bəqai
Tramp “Məkkə paktı”nı alqışladı
ABŞ-nin bu təyyarədaşıyan gəmisi də Yaxın Şərqə gedir
Yurt Dışındaki Güney Azerbaycan Türklerinden İran’daki Türk Aktivistlere Destek Bildirisi
İranda internet daha da yavaşladı
Tramp və SEPAH arasında gizli kanalın pərdəarxası üzə çıxdı
İranda xarici media ilə müsahibəyə görə bundan sonra həbs cəzası veriləcək
İran ordusundan ABŞ əsgərləri üçün 30 min dollarlıq “mükafat”
İran prezidentinin birinci müavini: Bahalaşma narahatedicidir; ən pis ssenarilərə hazır olmalıyıq
Tramp İrana qarşı iqtisadi təzyiqi artırır, Vaşinqtonun yeni planları açıqlanıb
İranda ərzaq qiymətləri 128 faizi keçdi
ABŞ generalın 10 günlük Yaxın Şərq səfəri başa çatdı
Urmu gölü qırmızı oldu
İranşəhrilərdən “Xəzər dənizi”nin adının dəyişdirilməsi üçün yeni kampaniya
“Əfqanıstan Türk-Özbək şairlərinin antologiyası” kitabının ikinci cildi Tehranda təqdim edildi
İranda sərt xətt tərəfdarı olan qəzet məcburi hicab qanununun icrasını tələb edib
Türkiyənin Türk dövlətləri ilə ticarəti 6 ayda 9,4 milyard dollara çatdı
15 ölkədə yaşayan 121 Güney Azərbaycanlı siyasi, sivil və akademik fəal Güney Azərbaycandakı siyasi məhbusların vəziyyətinin izlənilməsini tələb etdi
İranda etirazçı Şəhərəm Sadıqi edam edildi
Almaniya Xristian Demokratlar İttifaqının (CDU) lideri Fridrix Merts yeni koalisiya hökumətinin formalaşdırılması ilə bağlı danışıqların başa çatdığını elan edib və yeni hökumətin mayın əvvəlində fəaliyyətə başlamağı planlaşdırdığını bildirib.
GünazTV “AzPolitika”-ya istinadla xəbər verir ki, Merts Rusiya Prezidenti Vladimir Putinin Ukraynada davam edən işğalına və ABŞ-nin tariflərinə istinad edərək koalisiya danışıqlarının artan beynəlxalq siyasi gərginlik fonunda baş tutduğunu qeyd edib.
"Rusiya təcavüzkarı - Putin müharibəni bitirməyə və silahların susmasına icazə verməyə hazır olmadığını göstərir. Eyni zamanda, iqtisadi qeyri-müəyyənliklər hədsiz dərəcədə artır. Elə bu həftə ABŞ hökumətinin qərarları yeni təlatümlərə səbəb olub", - Merts deyib.
Merts maliyyə naziri olacağı gözlənilən Lars Klinqbaylın başçılıq etdiyi Sosial Demokrat Partiyası (SPD) ilə koalisiyada Almaniyanın yeni kansleri olacaq.
Yeni hökumət elan edilən kimi onun 144-səhifəlik siyasət planı dərc olunub və sənəddə Ukraynaya güclü dəstək vədi ifadə edilib.
"Biz Ukraynanın Rusiya təcavüzünə qarşı özünü effektiv şəkildə müdafiə edə bilməsi və danışıqlarda mövqeyini qoruyub saxlaması üçün hərtərəfli dəstək göstərəcəyik", - sənəddə deyilir.
Merts hələ vəzifəyə başlamamışdan əvvəl Almaniya parlamentindən konstitusiya islahatını keçirə bilib. Bu islahat hökumət borcuna tətbiq olunan sərt məhdudiyyətlərin artıq müdafiə xərclərinə şamil olunmamasını təmin edir.
"Hazırda təhlükəsizliyimiz Soyuq müharibənin bitməsindən bəri heç vaxt olmadığı qədər təhdid altındadır. Ən böyük və birbaşa təhlükə Rusiyadan gəlir", – yeni koalisiyanın siyasət sənədində qeyd olunur.
Siyasət planında ABŞ Prezidentindən bəhs edilmir. Lakin Merts xarici jurnalistin ABŞ ilə münasibətlər barədə sualına cavab verərkən deyib: "Donald Trampa mesaj budur: Almaniya yenidən öz yolundadır, Almaniya müdafiə sahəsində öz öhdəliklərini yerinə yetirəcək".
ABŞ-nin tətbiq etdiyi tariflərlə bağlı suala cavabında isə Merts qeyd edib ki, Avropa bu məsələyə birgə cavab axtarmalıdır. Onun bu açıqlaması Avropa İttifaqı ölkələrinin bir sıra əks-tədbirlər — o cümlədən, 15 apreldən etibarən ABŞ-dan idxal olunan müəyyən mallara mərhələli tariflərin tətbiqinin razılaşdırılmasından bir neçə saat sonra gəlib.
Merts ömrü boyu transatlantik tərəfdarlarından biri olub və dörd il ABŞ-nin investisiya şirkəti "BlackRock"da çalışıb. Fevralda keçirilən seçkilərdə qələbə qazandıqdan sonra, Avropa ilə yeni ABŞ administrasiyası arasında münasibətlərin gərgin başladığı bir vaxtda o bildirib ki, Avropa müdafiə sahəsində Vaşinqtondan müstəqillik qazanmalıdır.
Bununla belə, koalisiya sazişində ABŞ ilə münasibətlərin mütləq əhəmiyyət daşıdığı vurğulanır: "Ticarət siyasətində biz bütövlükdə Şimali Amerika ilə sıx əməkdaşlığa can atırıq. Transatlantik iqtisadi məkan qlobal rəqabətdə uğur qazanmaq üçün ən yaxşı şərtləri təqdim edir".
Yeni hökumətin daxili prioritetləri arasında isə iqtisadi islahatlar vasitəsilə iqtisadi artımı stimullaşdırmaq və qanunsuz miqrasiyaya qarşı sərt tədbirlər görmək vədləri yer alır.
Yeni koalisiyanın formalaşması üçün SPD və CDU-nun ali rəhbərliyi tərəfindən təsdiqlənməsi tələb olunur. Bundan sonra isə hökumət parlamentdə etimad səsverməsindən keçməlidir.
Ş.E
Xudafərində yol qəzası - Ölənlər var
İran Məsrur Bərzaninin ofisinə iki dronla hücum etdi
Əl Ərəbiyyə: Husilər Bab əl-Məndəb istiqamətinə beş raket atıb
İran bayrağını yandıran tələbələr universitetdən qovuldu
İran vitse-prezidenti: Sanksiyalar kölgə neft ticarətini, fırıldaqları və maraq qruplarını gücləndirir
Abbas Lisaninin həyat yoldaşı Kəşfiyyat İdarəsinə çağırıldı
Tramp “Məkkə paktı”nı alqışladı
ABŞ-nin bu təyyarədaşıyan gəmisi də Yaxın Şərqə gedir
Tramp və SEPAH arasında gizli kanalın pərdəarxası üzə çıxdı
İranda ərzaq qiymətləri 128 faizi keçdi
İranda sərt xətt tərəfdarı olan qəzet məcburi hicab qanununun icrasını tələb edib
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Güney azərbaycanlı qadın atlet Asiya çempionu oldu
İranda daha bir etirazçı edama məhkum edildi
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
İranda minlərlə məhbus yenidən aclıq aksiyası keçirdi
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Hörmüz boğazında gəmiçilik son həftənin ən aşağı səviyyəsinə düşüb – Reuters
Ərdəbildə üç məhbus edam edildi
Üç iranlı pilot Qətərdə əsir saxlanılır