SON XƏBƏRLƏR

Fidan Amerika-İran gərginliyindən bəhs etdi

2025.04.10, 14:41
Fidan Amerika-İran gərginliyindən bəhs etdi

“Ümid edirik ki, Amerika və İran danışıqlar zamanı həlledici mövqe sərgiləyəcək və güc tətbiqindən qaça biləcəklər”.

Gunaz.tv

GünazTV Publika.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan CNN Türk kanalına müsahibəsində deyib.

Fidan qeyd edib ki, hər iki tərəfi tanıyır, mövqelərindən xəbərdardır: “Hər şey danışıqlar masası üzərində olacaq. Tərəflər maksimum mövqedən çıxış edəcəklər. Amma masadan ayrıldıqdan sonra danışıqların davam etdiriləcəyinə və güc tətbiqindən qaçacaqlarına ümid edirəm. Danışıqların mövzusu mürəkkəbdir, lakin hesab edirəm ki, keçmiş təcrübə ilə müqayisədə indi yeni imkanlar yarana bilər. Hazırda danışıqları aparan insanlar, xüsusilə Amerika prezidenti Donald Tranmp fərqli düşüncə tərzinə sahibdir”.

Qeyd edək ki, aprelin 12-də Omanda Amerika və İran nümayəndələrinin görüşü keçiriləcək. Görüşdə İranın nüvə proqramı məsələsinin nizamlanması müzakirə ediləcək. Amerika nümayəndə heyətinə Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff, İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edəcək.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar