SON XƏBƏRLƏR

Uitkoff yenə Putinlə görüşə gedir

2025.04.11, 12:28
Uitkoff yenə Putinlə görüşə gedir

Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyaya uçub və onun bu gün Vladimir Putinlə görüşəcəyi gözlənilir.

Gunaz.tv

GünazTV “AzPolitika”-ya istinadla xəbər verir ki, bu barədə ilk olaraq “Axios” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.

Başqa bir mənbə isə nəşrə bildirib ki, bu ayın sonuna qədər Ukraynada atəşkəs razılaşması əldə olunmasa, Tramp Rusiyaya qarşı əlavə məhdudiyyətlər tətbiq edəcək.

“Axios” qeyd edib ki, bu, Uitkoff və Putin arasında üçüncü görüş olacaq. Əvvəlki görüşlər Ukraynada atəşkəslə bağlı heç bir nəticə verməyib. ABŞ Dövlət Departamenti nəşrin Trampın xüsusi nümayəndəsinin Rusiyaya səfəri ilə bağlı sualına cavab verməyib.

 

 

Ş.E

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar