SON XƏBƏRLƏR

Avropa İttifaqı dövlət tərəfindən dəstəklənən Avropa vətəndaşlarını girov götürdüyünə görə 9 iranlıya sanksiya qoymağı planlaşdırır

2025.04.12, 11:21
Avropa İttifaqı dövlət tərəfindən dəstəklənən Avropa vətəndaşlarını girov götürdüyünə görə 9 iranlıya sanksiya qoymağı planlaşdırır

Avropa İttifaqının xarici işlər nazirləri hökumətin Avropa vətəndaşlarını girov götürdüyünə görə, 14 aprel bazar ertəsi günü doqquz iranlıya sanksiya qoymağı planlaşdırır.

Gunaz.tv

İranın Kəşfiyyat Nazirliyi və İnqilab Keşikçiləri Korpusu son illərdə onlarla ikili vətəndaşlığı və əcnəbini həbs edib. Diplomatlar onların arasında ən azı 20 Avropa vətəndaşının olduğunu bildirir.

İllərdir ki, Qərb ölkələri İran hökumətini öz vətəndaşlarını “casusluq” və “milli təhlükəsizliyə zidd hərəkət” ittihamları ilə girov götürməkdə günahlandırır və onlardan güzəşt əldə etmək üçün sövdələşmə vasitəsi kimi istifadə edirlər.

İki vətəndaşı İran nəzarətində qalan Fransa son vaxtlar İrana təzyiqi artırmaq üçün səylər göstərir.

Fransanın xarici işlər naziri Jan-Noel Barrot aprelin 2-də ölkə parlamentində Fransa vətəndaşlarını azad etmək üçün İran rejiminə təzyiqləri artıracaqlarını deyib.

Avropalı yüksək rütbəli diplomat İran İslam Respublikasındakı bu siyasətə görə məsul olan 9 nəfərin Aİ-nin sanksiyalar siyahısına əlavə ediləcəyini bildirib. Onlar sanksiyaya məruz qalan şəxslərin adlarını çəkməyiblər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar