SON XƏBƏRLƏR

Bayramov: Şimali Kiprli qardaşlarımız Azərbaycanın dəstəyinə əmin ola bilərlər

2025.04.14, 13:41
Bayramov: Şimali Kiprli qardaşlarımız Azərbaycanın dəstəyinə əmin ola bilərlər

Xəbər veridiyimiz kimi, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belek Turizm Bölgəsindəki NEST Konqres Mərkəzində keçirilən Antalya Diplomatiya Forumunda (ADF) Anadolu Agentliyi müxbirinin suallarını cavablandırıb.

Gunaz.tv

Ceyhun Bayramov Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə münasibətlərinə də toxunaraq, ŞKTC ilə çox isti və yaxın qardaşlıq münasibətlərinin olduğunu bildirib.

ŞKTC prezidenti Ersin Tatarın Azərbaycanda səfərdə olduğunu və parlamentlərarası dostluq qrupunun olduğunu bildirən Bayramov ŞKTC-nin Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi üzv statusuna malik olduğunu qeyd edib.

Bayramov çıxışını belə yekunlaşdırıb:

"Biz TDT çərçivəsində ŞKTC-nin fəaliyyətini dəstəkləməyə davam edəcəyik. Məsələyə daha geniş yanaşsaq, problemin ŞKTC ilə Rum tərəfinin bərabər hüquqlara malik olduğu şəkildə həll edilməsi vacibdir. Hər iki xalqın hüquqları ədalətli şəkildə təmin edilməlidir. Tarixi, mənəvi və beynəlxalq hüquq daxil olmaqla, bütün amillər nəzərə alınmalıdır. Yalnız bu yolla problemin həllinə əmin ola bilərik. Şimali Kipr qardaşları bu məsələdə Azərbaycanın dəstəyinə hər zaman əmin ola bilərlər”.

 

 

Şahin Elxanoğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar